Accessibility links

İran və dünyanın altı qüdrətli ölkəsindən ibarət qrupun nümayəndələri Tehranın nüvə proqramına dair uzunmüddətli razılığın əldə edilməsi istiqamətində danışıqların yeni raunduna başlayıb.

Tərəflər danışıqların son günə yaxınlaşdığı bir vaxt razılığın mətni üzərində birgə işləmək üçün bu gün Vyanada görüşüb.

Uzunmüddətli razılıq ötən ilin noyabr ayında əldə edilmiş müvəqqəti razılıq əsasında qurulacaq. Razılıqa görə İran nüvə fəaliyyətini dayandırdığı təqdirdə Qərb sanksiyaları məhdudlaşdıracaq.

Yekun razılıqda İran onun nüvə proqramını hədəf alan bütün sanksiyaların aradan qaldırılmasını istəyir.

ABŞ, Britaniya, Çİn, Fransa, Rusiya və Almaniyanın daxil olduğu altılığın əsas məqsədi İranın nüvə silahı istehsal etmədiyinə əmin olmaqdan ibarətdir.

İran nüvə proqramının sülh məqsədi daşıdığını bildirir.
XS
SM
MD
LG