Accessibility links

İranda iyunun 14-də prezident seçkilərində yeddi namizəd arasında rəqabət aparılacaq. Onların namizədliyi Nəzarət Şurasındakı din xadimləri tərəfindən təsdiq edilib. Seçkilərdə qələbə çalmaq üçün namizəd səslərin 50 faizini almaldır. İlkin səsvermədə heç kəs bu səsləri ala bilməsə, bir həftə ərzində yenidən səsvermə keçirilməlidir.

İran prezident seçkilərində namizədlərin builki siyahısındakı siyasətçilərin əsas hissəsi Ali dini rəhbər Ayətullah Xamaneyiyə yaxın ultra-mühaifəzkarlardan ibarətdir. Qərb təhlilçilərin fikrincə, seçkilərdə ən güclü namizəd İranın nüvə proqramı ətrafında müzakirələrdə baş müzakirəçi Səid Cəlilidir.

Computer HopeŞəkildə ikinci sırada soldan üçüncü Qulam Əli Həddad Adil öz namizədliyini geri götürdükdən sonra yerdə qalan yeddi namizəd bunlardır:

Səid Cəlili, 47 yaşı var. Bu yüksək vəzifə üçün çoxdandır hazırlaşır. İranın xarici siyasətini müəyyən edən Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini yerinə yetirir. 2005-ci ildə prezident Mahmud Əhmədinejadın müşaviri təyin edilib, eyni zamanda Ali dini lider Ayətullah Xameneyinin ofisinin baş direktoru olub. İran-İraq müharibəsində yaralanıb və ayağının birini itirib.

Məhəmməd Reza Aref, 61 yaşı var. Bəzi təhlilçilər tərəfindən aparıcı islahatçı namizəd hesab edilir. Universitet professorudur. 2001-2005-ci illər arasında İranın vitse-prezidenti olub. 1997-ci-2001-ci illər arasında isə Texnologiya naziri vəzifəsində çalışıb. Ali dini rəhbərin müşavirlərindən ibarət qrupun üzvüdür.

Möhsen Rezayi, 58 yaşındadır. İranın İnqilabi Qvardiyasının keçmiş komandiridir. 2009-cu ildə keçirilmiş prezident seçkisində üçüncü yerdə idir. Ali dini rəhbərin müşavirlərindən ibarət qrupun üzvüdür.

Əli Əkbər Vilayəti, 67 yaşı var. Ali dini rəhbərin xarici siyasət məsələləri üzrə müşaviri, eyni zamanda Ümumdünya İslam Oyanış Assambleyasının baş katibidir. 1981-1997-ci illər arasında İranın xarici işlər naziri və parlamentin üzvü olub.

Həsən Ruhani, 64 yaşındadır. Ali dini rəhbərin müşavirlər şurasının üzvü, eyni zamanda Staretji Araşdırmalar Mərkəzinin başçısıdır. 1989-cu ildən 2005-ci ilə qədər Ali Milli Təhlükəsizlik Şurasının katibi, 1980-ci ildən 2000-ci ilə qədər isə parlamentinü üzvü olub. Ali dini rəhbərin seçildiyi Ekspertlər Assambleyasının üzvüdür. İranın nüvə danışıqlarında keçmiş baş müzakirəçisidir.

Məhəmməd Bəqr Qalibaf, 51 yaşı var. 2005-ci ildən Tehranın meridir. Prezidentlik uğrunda kampaniyası müvəffəq olmayıb. 1999-2005-ci illər arasında İran polisinə başçılıq edib. İnqialbi Qvardiyanın hava qüvvələrinin keçmiş komandiridir.
XS
SM
MD
LG