Accessibility links

ABŞ hərbi dəniz donanması yeni pilotsuz təyyarəsini sınaqdan keçirib


Hərbi təyyarənin uçuş radiusu 3200 km-dir

ABŞ hərbi dəniz donanması rəsmiləri pilotsuz təyyarıni müvəffəqiyyətlə hərbi təyyarə gəmisinə endirməyə nail olublar.

ABŞ dəniz donanmasının yaydığı videoda “Salty Dog 502” ləqəbli Northrop Grumman X-47B pilotsuz təyyarəsinin Birləşmiş Ştatların cənub-şərqində Atlantik Okeanda olan USS George H. W. Bush gəmisinə endiyi nümayiş etdirilib.

Hərbi təyyarə Vircinya ştatının Patuxent River Naval hava stansiyasından qalxıb.

X-47B təyyarəsi 3200 km-lik uçuş radiusuna malikdir və iki bomba daşıya bilər.

Analitiklər deyir ki, bu kimi təyyarələrdən münaqişə baş verdiyi təqdirdə nüvə silahları düzəldən İran və Çin kimi ölkələrə qarşı istifadə edilə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG