Accessibility links

İranla razılaşmanın əldə edilməsi aksiyaların qalxması, neft qiymətlərinin isə enməsinə səbəb olub



Dünya qüdrətləri ilə İran arasında Tehranın mübahisəli nüvə proqramının məhdudlaşdırılması və beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutan razılaşmasının əldə edilməsi dünya üzrə aksiyaların qalxması, neft qiymətlərinin isə düşməsniə səbəb olub.

Həftə sonu Tehranın ölkə iqtisadiyyatını zəiflətmiş beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramını məhdudlaşdırmağa razı olmasından sonra Birləşmiş Ştatlar və Avropada aparıcı birjalarda indekslərin artdığı, Asiyada isə aksiya bazarlarında isə aksiya faizlərinin yüksəlməsi müşahidə edilib. Qlobal fond indekslərindən biri 2008-ci ildə dünya ölkələrində iqtisadi tənəzzülün başlamasından sonra ilk dəfə olaraq ən yüksə həddə çatıb.

Dünyada xam neftin yarısı üçün əsas göstərici olan Brent xam neftin qiyməti London hərracında 2,7, ABŞ-da istehsal edilən neftin qiyməti isə 1,5 faiz düşüb. Lakin təhlilçilər neftin qiymətlərinin enməsinin davamlı olmayacağını deyərək, bunun İrandan neft ixracının artması ilə deyil, daha çox dünyada neftin gələcək ticarəti ilə bağlı proqnozlara əsaslanmalı olduğunu bildirir.

İranın Birləşmiş Ştatlar, Britaniya, Fransa, Almaniya, Rusiya və Çinlə əldə etdiyi razılaşmada hələ də İranın neft ixracatı gündə bir milyon barrel səviyyəsində qalaraq məhdudlaşdırılır. Lakin altı ay müddət üçün nəzərdə tutulmuş razılaşmanın əldə edilməsi dünya qüdrətləri ilə nüvə proqramı ətrafında uzunmüddətli müqavilənin imzalandığı halda, İranın öz neftini bazara çıxarmasını yüngülləşdirmək və ixracatını genişləndirmək imkanı verə bilər.
XS
SM
MD
LG