Accessibility links

İran regional sammitə ev sahibliyi edir


İran regional sammitə ev sahibliyi edir
İran regional sammitə ev sahibliyi edir

İraq , Əfqanıstan, Tacikistan və Türkmənistanın prezidentləri, Türkiyənin baş nazir müavini və Azərbaycanın xarici işlər naziri də sammitdə iştirak ediblər

Iran prezidenti Mahmud Əhmədinejad İranda yeni ilin qeyd edildiyi bir vaxt bu gün ev sahibliyi etdiyi region ölkələrinin liderlərinin sammitində daha sıx birliyə və əməkdaşlığa çağırıb.

Cənab Əhmədinejad Novruz bayramını İraq , Əfqanıstan, Tacikistan və Türkmənistanın prezidentləri ilə qeyd edib. Türkiyənin baş nazir müavini və Azərbaycanın xarici işlər naziri də sammitdə iştirak ediblər.

Prezident Əhmədinejad deyib ki, bayramın qeyd edilməsi xalqları münasibətləri birlik, ədalət, sülh və qarşılıqlı hörmət əsasında qurmağa kömək edir.

Bu toplantı Tehran mübahisəli nüvə proqramına görə beynəlxalq ictimaiyyət tərəfindən daha artıq təcrid olunmaq təhlükəsi qarşısında qaldığı bir vaxt keçirilir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG