Accessibility links

Qərb dövlətləri İranla danışıqları ən yaxın zamanda bərpa etmək istəyir


Bu haqda Avropa İttifaqının xarici siyasət şöbəsinin başçısı Ketrin Eşton açıqlama verib

Dünyanın altı qüdrətli dövləti İranın mübahisəli nüvə proqramı ilə bağlı ən tez bir zamanda danışıqları bərpa etmək haqda razılığa gəlib.

Avropa İttifaqının xarici siyasət şöbəsinin başçısı Ketrin Eşton Britaniya, Çin, Fransa, Rusiya, Birləşmiş Ştatlar və Almaniya diplomatları arasında danışıqlardan sonra qrupun İranla ən tez bir zamanda danışıqların növbəti raunduna başlamaq işinə sadiq qaldığını deyib.

Təhlilçilər Tehranın nüvə proqramı ilə bağlı İsraildə artan narahatlıqlara görə mübahisələrin danışıqlar yolu ilə həlli üçün imkanlarına azaldığına dair xəbərdarlıq edir.

Yaxın Şərqdə nüvə silahına malik yeganə dövlət olan İsaril İranın atom bombası istehsal etməsinin qarşısını almaq üçün hərbi hücumu istisna etmir.

İranla qüdrətli dövlətlər arasında danışıqlar sonuncu dəfə iyun ayında Moskvada keçirilmiş və heç bir nəticə verməmişdir. Tehran Qərbin nüvə proqramının dayandırılmasına dair çağırışlarını rədd etmişdir. Qərb dövlətləri İranın nüvə proqramı adı altında nüvə silahı istehsalına çalışdığını bildirir. İran bu iddiaları rədd edir.
XS
SM
MD
LG