Accessibility links

İran xarici ölkə diplomatlarını nüvə obyektlərinə dəvət edir

  • Amerikanın səsi

İran xarici ölkə diplomatlarını nüvə obyektlərinə dəvət edir

İran xarici ölkə diplomatlarını nüvə obyektlərinə dəvət edir

İran xarici ölkə diplomatlarını nüvə obyektlərinə baş çəkmək üçün ölkəyə dəvət etdiyini bəyan edib, lakin Birləşmiş Ştatların nümayəndələri buraya daxil edilməyib. Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, dəvət Avropa İttifaqının bəzi ölkələri, heç bir təşkilata daxil olmayan ölkələr, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən bəzisini və Almaniyaya göndərilib. Onun bildirdiyinə görə, bu ölkələrin nümayəndələri nüvə obyektlərinə İranla Təhlükəsizlik Şurasının beş daimi üzvü üstəgəl Almaniya formatında bu yaxın sonu Türkiyədə keçiriləcək görüşdən öncə dəvət ediliblər. O, ABŞ-ın dəvət alıb-almadığı haqda bir söz deməyib, lakin Assosşieyted Press agentliyini bu gün bir qədər əvvəl ABŞ-ın dəvət almadığı haqda xəbər verib.

XS
SM
MD
LG