Accessibility links

İran qərbə qarşıdan gələn danışıqlarla bağlı xəbərdarlıq edir

  • Amerikanın səsi

İran qərbə qarşıdan gələn danışıqlarla bağlı xəbərdarlıq edir

İran qərbə qarşıdan gələn danışıqlarla bağlı xəbərdarlıq edir

İranın Beynəlxalq Atom Enerjisi agentliyində səfiri deyib ki, dünya qüdrətlərilə gələn İranın nüvə proqramı ətrafında həftə keçiriləcək danışıqlar qərblə razılığın əldə edilməsi üçün sonuncu imkan ola bilər. İRNA xəbər agentliyi səfirə istinadən xəbər verib ki, İstanbul görüşü nəticə verməsə, İran danışıqlara qayıtmaya bilər. Səfirin sözlərinə görə, İran tibbi reaktor üçün öz yanacağını istehsal etməyə başlasa, bundan sonra danışıqlara ehtiyac qalmaya bilər. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya yanvarın 21 və 22-də İstanbulda keçiriləcək danışıqların Tehranın nüvə silahı istehsal etmək səylərilə bağlı qorxuları azaldacağına ümid edirlər. Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Aşton danışıqlara hazırlıqlar məqsədilə vələn Türkiyəyə səfər edəcək.

XS
SM
MD
LG