Accessibility links

Dünya liderləri İranın nüvə proqramını müzakirə etmək üçün Türkiyəyə toplaşır


Türkiyə Xarici İşrlər naziri Əhməd Davutoğlu və Rusiya Xarici İşlər naziri Sergey Lavrov
Türkiyə Xarici İşrlər naziri Əhməd Davutoğlu və Rusiya Xarici İşlər naziri Sergey Lavrov

Dünya liderləri İranın mübahisəli nüvə proqramı ətrafında danışıqlar aparmaq üçün Türkiyəyə toplaşır.

İran müzakirəyə çıcarılacaq məsələlər barədə müxtəlif açıqlamalar verib. Bəzi yüksək səviyyəli rəsmiləri İranın “nüvə dosyesi”ni müzakirə etməyəcəyini bildirmişdi. Başqaları isə İranın yalnız nüvə reaktorunu işlətmək məqsədilə nüvə yanacağının mübadiləsi məsələsi ətrafında danışıqlar aparacağını deyiblər.

Cümə və şənbə günləri keçiriləcək görüşlərdə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü üstəgəl Almaniya iştirak edəcək. ABŞ nümayəndə heyətinə Dövlət katibinin yardımçısı Vilyam Börns başçılıq edir. Beynəlxalq ictimaiyyət İranın nüvə silahları istehsalına çalışması ilə bağlı narahatlıqları ünvanlayacağına ümid edir.

XS
SM
MD
LG