Accessibility links

İran danışıqlara hazırdır, lakin nüvə proqramı ətrafında müzakirələr bitmiş məsələdir


İran danışıqlara hazırdır, lakin nüvə proqramı ətrafında müzakirələr bitmiş məsələdir

İran danışıqlara hazırdır, lakin nüvə proqramı ətrafında müzakirələr bitmiş məsələdir

Yarı-rəsmi Fars xəbər agentliyi Iranın Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehman-Pərəstə istinadən edərək xəbər verib ki, İran danışıqlara hazırdır, lakin müzakirələrin mövzusu yalnız 5+1 qrupuna təqdim edilmiş danışıqlar paketi çərçivəsində qallmalıdır

Iranın Xarici İşlər nazirliyinin sözçüsü bildirib ki, Tehran dünyanın qüdrətli dövlətləri danışıqlara hazırdır, lakin İranın nüvə proqramı ətrafında müzakirələr qapalı mövzudur.

Yarı-rəsmi Fars xəbər agentliyi Ramin Mehman-Pərəstə istinadən edərək xəbər verib ki, İran danışıqlara hazırdır, lakin müzakirələrin mövzusu yalnız 5+1 qrupuna təqdim edilmiş danışıqlar paketi çərçivəsində olmalıdır.

Qrupa BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü olan Birləşmiş Ştatlar, Rusiya, Çin, Fransa və Britaniya, üstəgəl Almaniya daxildir.

İran Tehranın nüvə proqramına görə Birləşmiş Ştatlar və müttəfiqlərin nail olmaq istədiyi yeni sanksiylar paketi ilə üzləşə bilər.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG