Accessibility links

İran rəsmisi kompyuter virusunun ABŞ və İsraildən gəldiyini deyib


İran rəsmisi kompyuter virusunun ABŞ və İsraildən gəldiyini deyib

İran rəsmisi kompyuter virusunun ABŞ və İsraildən gəldiyini deyib

İranın mülki müdafiə agentliyinin başçısı Qulam Reza Cəlali deyib ki, Tehranın nüvə proqramına əngəl törədən kompyuter virusunun arxasında ABŞ və İsrail durur. Dövlət mətbuatı ona istinadən xəbər verib ki, təhqiqat və araşdırmalar Stuxnet virusunun ABŞ və İsraildə yaranıb. Qulam Reza Cəlalinin sözlərinə görə, virus informasiya toplayıb, sonra onu bu iki ölkədə veb səhifələrinə ötürmüşdür. Təhlilçilər keçən il kompyuterdə meydana gəlmiş virusun Buşehr nüvə elektrik stansiyasını hədəf aldığını düşünür. Virus stansiyada əməliyyatların dayanmasına səbəb olmuşdu. Bununla belə, İran rəsmiləri virusun nüvə elektrik stansiyasının əsas sistemlərinə zərər verə bilmədiyini bildirir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG