Accessibility links

Əli Əkbər Salehi:İran nüvə proqramı ilə bağlı narahatlıqları çözmək üçün danışıqlara hazırdır

  • Amerikanın səsi

İranın xarici işlər naziri deyib ki, Tehran sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramı ilə bağlı narahatlıqların çözülməsinə hazırdır.

Əli Əkbər Salehi İran tələbələrinin xəbər agentliyinə bildirib ki, İran dəfələrlə uranı zənginləşdirmkə hüququnu bəyan edib və indi zənginləşdirmə prosesinin səviyyəsi ilə bağlı danışıqlar üçün açıqdır. Salehi BMT Təhlükəsizlik Şurasının beş daimi üzü və Almaniya diplomatları ilə görüşün konstruktiv şəraitdə keçdiyini bildirib.

Bu arada, Röyters xəbər agentliyinin verdiyi məlumata görə, Danimarkanın xarici işlər naziri bildirib ki, İran nüvə proqramı ilə bağlı tələblərə əml etməsə, sanksiyaların yüngülləşdirilməsinə imkan yoxdur. Danimarka Avropa İttifaqının rotasiya üzrə prezidentliyi vəzifəsini icra edir.

Qərb ölkələri İranın mülki nüvə proqramı adı altında nüvə silahları istehsal etməyə çalışmasından şübhələnilir. Tehran bu iddiaları rədd edir.

XS
SM
MD
LG