Accessibility links

İran nüvə proqramı ilə bağlı növbəti danışıqların uğurlu keçəcəyinə ümid edir

  • Amerikanın səsi

İran bu gün may ayının 14 və 15-də BMT nümayəndələri ilə nüvə proqramı ilə bağlı keçiriləcək danışıqların müsbət nəticələnəcəyinə ümid etdiyini desə də, Tehranın uran zənginləşdirməsi fəaliyyətlərini dayandırmayacağını bildirib.

Tehranın atom enerjisi fəaliyyətləri ilə bağlı iki ay bundan əvvəl keçirilən danışıqlar zamanı heç bir nəticə əldə edilməməsindən sonra Beynəlxalq Aton Enerjisi Agentliyi keçən həftə İranla danışıqların may ayında davam edəcəyini bildridi.

İranın ATƏT-in nüvə məsələləri üzrə Vyanadakı səfiri Əli Əsgər Soltaniyə Reuter xəbər agentliyinə İranın danışıqlar zamanı konstruktiv və uğurlu nəticələr əldə edəcəyinə ümid etdiyini deyib.

XS
SM
MD
LG