Accessibility links

Mahmud Əhmədinejad BMT-nin nüvə konfransında iştirak etmək üçün Nyu Yorka yola düşüb


Mahmud Əhmədinejad BMT-nin nüvə konfransında iştirak etmək üçün Nyu Yorka yola düşüb
Mahmud Əhmədinejad BMT-nin nüvə konfransında iştirak etmək üçün Nyu Yorka yola düşüb

Cənab Əhmədinejadın BMT-nin baş qərargahında bir ay sürəcək konfransın açılışında çıxışı zamanı İranın uran zənginləşdirmək hüququnu müdafiə edəcəyi və müqaviləyə dəyişikliklər edilməsini təklifi edəcəyi gözlənilir

İran prezidenti Mahmud Əhmədinejad Nüvə silahlarınıın yayılmamasına dair konfransda iştirak etmək üçün Nyu Yorkda-a yola düşüb.

Cənab Əhmədinejad BMT-nin baş qərargahında bir ay sürəcək konfransın açılış günü çıxış edəcək. Onun İranın uran zənginləşdirmək hüququnu müdafiə edəcəyi və müqaviləyə dəyişikliklər edilməsi təklifi ilə çıxış edəcəyi gözlənilir.

Tehranı tərk etməzdən əvvəl cənab Əhmədinejad nüvə silahları istehsalı və onların yığılıb saxlanmasını tənqid edib.

İran atom silahlarının dünya boyu yayılmasını yoxlamaq məqsədi gedən Nüvə Silahlarının Yayılmamasına dair müqaviləyə imza atıb.

Bazar ertəsi başlayacaq konfransın açılışında ABŞ Dövlət katibi Hillari Klinton da çıxış edəcək.

XS
SM
MD
LG