Accessibility links

Dünyanın qüdrətləri İranı nüvə obyektlərinin yoxlanmasına imkan verməyə çağırır

  • Amerikanın səsi

BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü üstəgəl Almaniya İrana mübahisəli nüvə proqramının həyata keçirildiyi obyektlərin təcili təftişinə imkan verilməsi üçün təzyiq göstərir. Tərəflər arasında may ayının ortalarnda danışıqların keçirilməsi nəzərdə tutulub.

BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü üstəgəl Almaniya həmin obyektlərin mümkün hərbi qabiliyyətinin qiymətləndiriləməsinə çalışır. Dünyanın qüdrətli dövlətlərinin cümə axşamı Vyanada keçirdiyi iclasdan sonra açıqlanan bəyanatında İranın mübahisəni həll etmək üçün konkret addımlar atmalı olduğu bildirilir.

Qərb dövlətləri İranı mülki enerji prorqramı adı altdına nüvə silahları istehsalına çalışmaqda ittiham edir. Rəsmi Tehran bu ittihamları rədd edir.

Beynəlxalq Atom Enerjisi agentliyi Tehran yaxınlığındakı Parçin hərbi obyektində nüvə fəaliyyətlərinin aparılması ilə bağlı iddiaları araşdırmaq üçün dəfələrlə İrandan obyektin yoxlanılmasına imkan verilməsini istəyib.

İran və dünyanın qüdrətli dövlətləri bir il sürən fasilədən sonra keçən ay İstanblda danışıqları bərpa edib. Növbəti danışıqlar mayın 23-də Bağdadda keçiriləcək.

XS
SM
MD
LG