Accessibility links

İranın ilk nüvə elektrik stansiyası avqust ayında işə düşə bilər


Rusiyanın dövlətə məxsus Rosatom şirkətinn rəhbəri Sergey Kiriyenko deyib ki, BMT-nin Tehrana qarşı dördüncü raund sanksiyalarının tətbiq edilməsi səylərinə baxmayaraq, İranın ilk nüvə elektrik stansiyası bu ilin avqust ayında işə düşməlidir

Rusiyanın dövlətə məxsus Rosatom şirkətinin rəhbəri Sergey Kiriyenko deyib ki, BMT-nin Tehrana qarşı dördüncü raund sanksiyaların tətbiq edilməsi səylərinə baxmayaraq, İranın ilk nüvə elektrik stansiyası bu ilin avqust ayında fəaliyyətə başlamalıdır.

Kiriyenkonun sözlərinə görə, BMT-nin İrana qarşı sanksiyalara dair qətnamə layihəsinin Rusiyanın köməyilə inşa edilən Buşehr obyektinə təsiri olmayacaq.

Sergey Kiriyenko bu açıqlamaları Birləşmiş Ştatların Rusiya və Çinin İrana qarşı daha ciddi sankiyalar tətbiq edilməsini nəzərdə tutan qətnaməyə dəstəyini ala bildiyini elan etməsindən sonra verib.

BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan Rusiya və Çin daha ciddi sanksiyaların əleyhinə çıxış edirdi.

XS
SM
MD
LG