Accessibility links

İran bildirir ki, ABŞ sanksiyaların tətbiqinə çalışsa nüvə yanacağına dair razılığı poza bilər


İran bildirir ki, ABŞ sanksiyaların tətbiqinə çalışsa nüvə yanacağına dair razılığı poza bilər

İran bildirir ki, ABŞ sanksiyaların tətbiqinə çalışsa nüvə yanacağına dair razılığı poza bilər

Iran parlamentinin spikeri Əli Laricani deyib ki, Birləşmiş Ştatlar Tehrana qarşı yeni sanksiyaların tətbiqinə çalışmağa davam etsə, İran Türkiyə və Braziliyanın vasitəçiliyi ilə nüvə yanacağına dair plandan imtina edə bilər

Iran parlamentinin spikeri Əli Laricani deyib ki, Birləşmiş Ştatlar Tehrana qarşı yeni sanksiyaların tətbiqinə çalışmağa davam etsə, İran Türkiyə və Braziliyanın vasitəçiliyi ilə nüvə yanacağına dair plandan imtina edə bilər.

Bu gün dövlət televiziyası vasitəsilə yayımlanan çıxışı zamanı Əli Laricani deyib ki, ABŞ BMT-nin Təhlükəsizlik Şurası, ya da Birləşmiş Ştatlar Konqresində sanksiyaların tətbiqi üçün addım atsa, bu razılıq pozula bilər. Onun sözlərinə görə, İran Beynəlxalq Atom enerjisi agentliyi ilə də əməkdaşlığı məsələsinə yenidən baxa bilər.

Keçən həftə ABŞ və dünyanın başqa qüdrətli dövlətləri uran zənginləşdirilməsi proqramını dayandırmadığına görə İrana qarşı sanksiyaların dördüncü paketinin tətbiq edilməsini nəzərdə tutan BMT qətnaməsinin planını təsdiq etmişlər.

XS
SM
MD
LG