Accessibility links

Bağdadda dünya qüdrətləri və İran arasında danışıqlar başlanıb (YENİLƏNİB)


İran və dünya qüdrətləri İranın nüvə proqramının mümkün hərbi tərəfləri ilə bağlı beynəlxalq ictimaiyyətin narahatlıqlarını ünvanlamaq məqsədilə Bağdadda keçirilən danışıqlar zamanı təkliflərlə çıxış edib.

İranın dövlətə məxsus İRNA xəbər agentliyinin verdiyi məlumata görə Qərb dövlətləri öz təkliflərini açıqlayandan sonra danışıqlarda İranın vasitəçiləri beş maddədən ibarət təkliflər paketini irəli sürüb.

İRNA tərəflərin təkliflərini şifahi surətdə çatdırdığı və danışıqları cümə axşamı günü də davam etdirməyi planlaşdırdığı haqda xəbər verib.

İRNA həmçinin altı Qərb dövlətinin təkliflərini tənqid edərək, burada İrana qarşı ciddi tələblərin qoyulduğu, lakin bunun müqabilində az təklif verildiyini bildirib. Avropa İttfaqının sözçüsü bildirib ki, altı dövltin irəli sürdüyü təklifdə İranın uranı 20 fazi zəngiləşdirilməsi ilə bağlı narahatlıqların ünvanlanması nəzərdə tutulub.

İran uranın tibbi tədqiqatların aparılması və elektrik enerjisinin hasil edilməsi məqsədilə zəngiləşdirildiyini bildirir. Qərb dövlətləri İranın uranı nüvə silahları istehsal etmək üçün kifayət edəcək 90 faizə qədər zənginləşdirə biləcəyindən narahatdır.

Görüşdə İranın nüvə danışıqlarında vasitəçiləri, habelə Britaniya, Çin, Fransa, Rusiya və Birləşmiş Ştatlardan ibarət beşlik + Almaniyanın nümayəndələri iştirak edir.

İran hökuməti öz növbəsində nüvə proqramının sülh mahiyyəti daşıdığını bildirir.

Danışıqlar Bağdadın mühafizə olunan Yaşıl Zona adlanan hissəsində keçirilir. Bu, bir il sürən ləngimədən sonra aprel ayında diplomatik fəaliyytələrin bərpasından sonra tərəflər arasında ikinci belə görüşdür.

XS
SM
MD
LG