Accessibility links

Rusiya İranın Kremlin yeni sanksiyalara dəstək verməsi ilə bağlı tənqidlərini rədd edir


Xarici işlər naziri Sergey Lavrov Moskvada müxbirlərə deyib ki, Rusiya illərdir İranın nüvə proqramı ətrafında yaranmış mübahisənin həllinə çalışır, lakin İranın cavabı qənaətbəxş olmayıb

Rusiyanın xarici işlər naziri İranın Kremlin yeni sanksiyalara dəstək verməsi ilə bağlı tənqidlərini rədd edərək, İran prezidenti Mahmud Əhmədinejadın bəyanatlarını emosional adlandırıb.

Xarici işlər naziri Sergey Lavrov Moskvada müxbirlərə deyib ki, Rusiya illərdir İranın nüvə proqramı ətrafında yaranmış mübahisənin həllinə çalışır, lakin İranın cavabı qənaətbəxş olmayıb.

Xarici işlər naziri Lavrov bu gün habelə İranın xarici işlər naziri Mənuçehr Möttəki ilə telefonla söhbətində Rusiyanın məsələnin diplomatik yolla həlli istiqamətində fəal iş aparacağını bildirib.

İran prezidenti Rusiyanın yeni sanksiyalara dəstəyini tənqid edərək, Moskvanı ABŞ-ın təzyiqləri qarşısında əyilməkdə ittiham edb. Cənab Əhmədinejad həmçinin Birləşmiş Ştatlar və Rusiyanı Türkiyə və Braziliyanın vasitəçiliyi ilə nüvə yanacağına dair əldə edilmiş razılığı qəbul etməyə çağırıb. O deyib ki, bu, nüvə qarşıdurmasını həll etmək üçün sonuncu şansdır.

Birləşmiş Ştatlar təklif edilmiş razılığı “şəffaf hiylə” adlandırır. Lakin Lavrov deyib ki, İran razılığa tam əməl etsə, Rusiya onu alqışlaya bilər.

XS
SM
MD
LG