Accessibility links

İran BMT-nin nüvə agentliyi ilə münasibətləri nəzərdən keçirə bilər


Xəbər agentlikləri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin üzlərinə istinadən xəbər verib ki, qanunvericilər Beynəlxalq Atom Enerjisi agentliyi ilə münasiblətlərin nəzərdən keçirilməsinə yaxın zamanlarda başlaya bilərlər

İran bildirir ki, BMT-nin Təhlükəsizlik Şurası mübahisəli nüvə proqramına görə Tehrana qarşı sanksiyaların dördüncü raundunu tətbiq etdikdən sonra Beynəlxalq Atom Enerjisi agentliyi ilə münasibətləri nəzərdən keçirir.

Xəbər agentlikləri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin üzlərinə istinadən xəbər verib ki, qanunvericilər Beynəlxalq Atom Enerjisi agentliyi ilə münasiblətlərin nəzərdən keçirilməsinə yaxın zamanlarda başlaya bilərlər.

Bu arada, Avropa Birliyinin diplomatları bildiriblər ki, onlar İrana qarşı sanksiyalarda nəzərdə tutulduğundan əlavə ölçülər tətbiq ediblər.

İran sanksiyaları rədd edib. İranın Beynəlxalq Ato Enerjisi agentliyində nümayəndəsi Əli Əsgər Soltaniyə ölkəsinin uranın zənginləşdirilməsini dayandırmayacağına təkid edib.

XS
SM
MD
LG