Accessibility links

Robert Geyts: İran 3 ilə nüvə silahı istehsal edə bilər


ABŞ Müdafiə naziri Geyts bu ehtimalın kəşfiyyatın hesablamalarına əsaslandığını bildirib

ABŞ-ın Müdafiə naziri Robert Geyts deyib ki, İran üç il ərzində nüvə silahı istehsal edə bilər. Geyts bu ehtimalın kəşfiyyatın hesablamalarına əsaslandığını bildirib və burada İranın silahı hazırlayıb onu işlətməsi üçün vaxtın nəzərdə tutulmadığını vurğulayıb.

ABŞ Müdafiə naziri bu açıqlamaları bu gün Brüsseldə NATO-nun müdafiə nazirlərinin görüşündən sonra verib. Geyts həmçinin Türkiyənin BMT Təhlükəsizlik Şurasında Irana qarşı sanksiyaların əleyhinə səs verməsindən narazı qaldığını bildirib. Lakin o deyib ki, Türkiyə və Birləmiş Ştatlar arasında uzun zamandır mövcud müttəfiqlik əlaqələri möhkəm olaraq qalır.

Təhlükəsizlik Şurası mübahisəli nüvə proqramına görə bu həftə İrana qarşı sanksiyaların dördüncü raundunu tətbiq edib. İran prezidenti Mahmud Əhmədinejad BMT sanksiyalarını rədd edəcək, bunu “lazımsız ” kağız parçası adlandırıb.

Bu gün Çində danışan İran lideri Birləşmiş Ştatları yeni sanksiyaların qəbul edilməsinə başçılıq etdiyinə görə kəskin tənqid edərək, Təhlükəsizlik Şurasını ABŞ-ın aləti adlandırıb.

XS
SM
MD
LG