Accessibility links

ABŞ Maliyyə nazirliyi özəl sektoru İrana təzyiqləri artırmağa çağırır


Maliyyə nazirliyinin rəsmisi Stüart Levi bu açıqlamaları Konqres üzvlərinin ABŞ-ın İrana qarşı iqtisadi sanksiyaları gücləndirməyə çalışdığı vaxt verir

ABŞ Maliyyə nazirliyinin rəsmisi Stüart Levi özəl şirkətləri nüvə proqramını dayandırmadığına görə İrana qarşı rəsmi sanksiyalara əlavə olaraq iqtisadi ölçülər götürməyə çağırıb. O deyib ki, özəl sektor Tehrana qarşı təzyiqin artırılmasında əsas rol oynayır.

Maliyyə nazirliyi rəsmisi bu açıqlamaları Konqres üzvlərinin ABŞ-ın İrana qarşı iqtisadi sanksiyaları gücləndirməyə çalışdığı vaxt verir. Konqres üzvləri Tehranın maliyyə tərəfdaşlarına qarşı yönəlmiş yeni birtərəfli sanksiyalara dair razılıq əldə ediblər. Bu addım BMT Təhlükəsizlik Şurasının bu yaxınlarda İrana qarşı sanksiyaların dördüncü raundunu tətbiq etdikdən sonra atılır.

ABŞ-ın yeni sanksiyaları İranın əsas maliyyə təsisatları, ya da İnqilabi Qvardiya ilə iş görən bütün xarici banklara Birləşmiş Ştatların maliyyə sisteminə çıxışın qadağan edilməsini nəzərdə tutur.

XS
SM
MD
LG