Accessibility links

İran danışıqların şərtlərini açıqlamağa hazırlaşır


Prezident Mahmud Əhmədinejad deyib ki, İrana qarşı sanksiya tətbiq edən ölkələr qorxur və İran onun sözlərilə bu təhlükələri neytrallaşdıracaq

İran prezidenti Mahmud Əhmədinejad deyib ki, İran dünyanın qüdrətli dövlətləri ilə mübahisəli nüvə proqramı ətrafında danışıqlara dair şərtləri gələn həftə açıqlayacaq. Bunu bildirən İran prezidenti şərtlərin nədən ibarət olduğu haqda bir söz deməyib.

İranın dövlətə məxsus İRNA agentliyi cənab Əhmədinejada istinadən xəbər verib ki, Tehran Avropa ölkələri ilə danışıqlara yeni metodologiya gətirəcək. İRNA-nın bildirdiyinə görə, prezident Əhmədinejad deyib ki, bu addım bu ölkələrin İrana qarşı yeni sanksiyalar tətbiq edərək düşmən münasibətinə cavab olacaq.

Bu ayın əvvəli BMT Təhlükəsizlik Şurası uranın zənginləşdirilməsi proqramını dayandırmadığına görə Tehrana qarşı sanksiyaların dördüncü raundunu tətbiq etdi.

XS
SM
MD
LG