Accessibility links

Buşehr nüvə elektrik stansiyası sentyabrda işə düşəcək


Buşehr nüvə elektrik stansiyası sentyabrda işə düşəcək

Buşehr nüvə elektrik stansiyası sentyabrda işə düşəcək

İranın Atom enerjisi agentliyinin rəhbəri Əli Əkbər Salehi BMT-nin İrana qarşı son qətnamələrini rədd edərək, sanksiyaların ölkənin nüvə sahəsində inkişaflarına təsir göstərməyəcəyini deyib.

İranın Atom enerjisi agentliyinin rəhbəri Əli Əkbər Salehi deyib ki, Buşehr nüvə elektrik stansiyası sentyabr ayında fəaliyyət göstərməyə başlayacaq.

Əli Əkbər Salehi BMT-nin İrana qarşı son qətnamələrini rədd edərək, sanksiyaların ölkənin nüvə sahəsində inkişaflarına təsir göstərməyəcəyini deyib.

Rusiya İranın liman şəhəri olan Buşehrdə nüvə elektrik stansiyasının inşasında İrana kömək edir.

İnşası 1994-cü ildə başlamış stansiyanın 1999-cu ildə ilə düşəcəyi planlaşdırılmışdı. Lakin işlər bir neçə dəfə dayandırılmışdı. Rusiya əvvəlki ləngimələrin İranın nüvə proqramı ilə bağlı narahatlıqlarla əlaqədar olduğunu inkar edir.

XS
SM
MD
LG