Accessibility links

İran sanksiyaların nüvə proqramının inkişafını ləngidə biləcəyini etiraf edir


İran sanksiyaların nüvə proqramının inkişafını ləngidə biləcəyini etiraf edir

İran sanksiyaların nüvə proqramının inkişafını ləngidə biləcəyini etiraf edir

İranın yarı-rəsmi İSNA xəbər agentliyi Əli Əkbər Salehiyə istinadən xəbər verir ki, İran sanksiyaların qeyri-effektiv olduğunu deyə bilməz.

İranın atom enerjisi agentlyi bildirir ki,ölkəyə qarşı beynəlxalq sanksiyalar nüvə proqramının inkişafını ləngidə bilər. İranın yarı-rəsmi İSNA xəbər agentliyi Əli Əkbər Salehiyə istinadən xəbər verir ki, İran sanksiyaların qeyri-effektiv olduğunu deyə bilməz. Bu, ilk dəfədir ki, İranın yüksək səviyyəli rəsmisi belə bir etirafla çıxış edir. Bununla belə, Salehi sanksiyaların İranın nüvə fəaliyyətlərinin qarşısını almayacağını deyib. BMT Təhlükəsizlik Şurası İranın uran zənginləşdirilməsini dayandırmaqdan imtina etdiyinə görə ölkəyə qarşı sanksiyaların dördüncü raundunu keçən ay tətbiq etmişdi.

XS
SM
MD
LG