Accessibility links

Mahmud Əhmədinejad:"İran nüvə mübahisəsini həll etmək üçün addım atmağa hazırdır"


Mahmud Əhmədinejad:"İran nüvə mübahisəsini həll etmək üçün addım atmağa hazırdır"
Mahmud Əhmədinejad:"İran nüvə mübahisəsini həll etmək üçün addım atmağa hazırdır"

İran prezidenti Mahmud Əhmədinejad deyib ki, İran beynəlxalq ictimayyətin qarşılıqlı addımları müqabilində Qərblə nüvə mübahisəsini həll etməyə hazırdır. Cənab bu açıqlamanı Əhmədinejad Rusiyanın bu yaxınlarda İranı mərhələli şəkildə dünyanın altı qüdrətli dövlətinin iştirakı ilə danışıqlara qaytarmaq haqda təklifinə cavab olaraq verib. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun keçən həftə verdyii təklifə əsasən, İranın BMT-nin nüvə agentliyinin nüvə proqramı ilə bağlı narahatlıqları nəzərə alması və bunun müqabilində sanksiyların tədricən yüngülləşdirilməsi nəzərdə tutulur. İranın dövlətə məxsus mətbuatının verdyi məlumata görə, cənab Əhmədinejad deyib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq istiqamətində addım atıb və beynəlxalq ictimaiyyət indi bunu nəzərə almalıdır. Beynəlxalq Atom Enerjisi Agentliyi bildirir ki, İran nüvə proqramının hərbi məqsədlərə xidmət etdiyinı dair Qərbin iddiaları ilə bağlı təhqiqatda əməkdaşlıq etmir. İran nüvə proqramının dinc xarakter daşıdığını bildirir.

XS
SM
MD
LG