Accessibility links

İran Rusiyanın nüvə danışıqlarını bərpa etmək təklifini alqışlayıb


İran prezidenti Mahmud Əhmədinejad Tehranda Rusiyanın Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi salamlayır
İran prezidenti Mahmud Əhmədinejad Tehranda Rusiyanın Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi salamlayır

İran Rusiyanın Tehran və dünyanın altı qüdrətli dövləti ilə mübahisəli nüvə proqramı ətrafında danışıqları bərpa etmək təklifini alqışlayıb. İranın nüvə danışıqlarında nümayəndəsi Səid Cəlili dövlət mediasına bildirib ki, Rusiyanın planı ölkənin nüvə fəaliyyətlərinə dair danışıqların yenidən başlaması üçün əsas ola bilər. Cəlili bu gün Rusiyanın Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb. Rusiya rəsmisi Tehrana bazar ertəsi günü nüvə məsələsini müzakirə etmək üçün gəlib. Rusiya İran və Tehranın nüvə silahı istehsal etməyə çalışmasından narahat olan Qərb dövlətləri arasında danışıqları bərpa etmək istəyir. Keçən ay Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İranı BMT-nin nüvə agentliyinin ölkənin nüvə proqramı ilə bağlı narahatlıqlarını ünvanlamağa və sanksiyaları tədricən yüngülləşdirməyə çağıran təklif irəli sürmüşdü. Təklifə cavab olaraq İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, İran beynəlxalq ictimaiyyətin qarşılıqlı addımları müqabilində Qərb ölkələri ilə nüvə mübahisəsini həll etmək üçün addımlar atmağa hazırdır.

XS
SM
MD
LG