Accessibility links

İran nüvə danışıqlarına yenidən başlamağın zəruri olduğu ilə razıdır

  • Amerikanın səsi

İran nüvə danışıqlarına yenidən başlamağın zəruri olduğu ilə razıdır

İran nüvə danışıqlarına yenidən başlamağın zəruri olduğu ilə razıdır

İranın xarici işlər naziri ölkəsinin nüvə proqramına dair danışıqları bərpa etməyə hazır olduğuna işarə edib. Əli Əkbər Salehi deyib ki, o, nüvə problem ilə bağlı danışıqların lazım olduğu ilə razıdır, lakin İrana təzyiq göstərilməməlidir. İran rəsmisi bu açıqlamanı Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla birgə mətbuat konfransı zamanı verib. Rusiya keçən ay Tehran və dünyanın qüdrətli dövləti arasında danışıqlara yenidən başlamaq üçün mərhələli plan təklif edib. Planda İran nüvə proqramı ilə bağlı narahatlıqları ünvanlamağa çağırılır, bunun müqabilində isə sanksiyaların tədricən yüngülləşdirilməsi nəzərdə tutulur. Bu ilin əvvəli İran və BMT Təhlükəsizlik Şurasının beş üzvü üstəgəl Almaniya formatında danışıqlar nəticə verməyib.

XS
SM
MD
LG