Accessibility links

İran prezidenti nüvə danışıqlarının yeni raundunu alqışlayıb


İran prezidenti nüvə danışıqlarının yeni raundunu alqışlayıb
İran prezidenti nüvə danışıqlarının yeni raundunu alqışlayıb

İran prezidenti Mahmud Əhmədinejad dünyanın qüdrətli dövlətləri ilə Tehranın nüvə proqramı ətrafında danışıqların yeni raundunu alqışlayıb. Prezident Əhmədinejad bunu bu gün Ərdəbil şəhərində çıxışı zamanı deyib. O bildirib ki, qərb ölkələrinin İranla danışmaqdan başqa seçimi yoxdur. Lakin o eyni zamanda xəbərdarlıq edib ki, onun hökuməti İranın beynəlxalq hüquqlarından imtina etməyəcək. Bu, cənab Əhmədinejadın noyabr ayında Vyanada başlayacaq danışıqlarla bağlı verdiyi ilk açıqlamadır. Avropa Birliyinin xarici siyasət şöbəsinin başçısı Ketrin Aşton danışıqlar aparmaq təklifini bu həftə verərək, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanın adından danışmaq fikrini irəli sürüb.

XS
SM
MD
LG