Accessibility links

Avropa Birliyi İranın dekabrın 5-i danışıqlar keçirilməsi təklifini qəbul edib


Avropa Birliyi İranın dekabrın 5-i danışıqlar keçirilməsi təklifini qəbul edib
Avropa Birliyi İranın dekabrın 5-i danışıqlar keçirilməsi təklifini qəbul edib

Avropa Birliyinin xarici siyasət şöbəsinin rəhbəri Ketrin Aşton İranın nüvə proqramı ətrafında danışıqların dekabrın 5-də keçirilməsinə dair təklifi qəbul edib, lakin müzakirələrin Türkiyədə aparılmasına razı olmayıb. Xarici siyasət şöbəsindən bildirilir ki, Ketrin Aşton danışıqların tarixi ilə razı olub, lakin müzakirələrin İranın təkid etdiyi kimi Türkiyə deyil, Avstriya, ya İsveçrədə keçirilməsini istəyir. Aşton məsələ ətrafında Tehranla BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü üstəgəl Almaniyanın adından müzakirə aparıb. Onun ofisindən bildirilib ki, danıqşıqlarla bağlı cavab məsləhətləşmələrdən sonra verilir. Görüş baş tutsa, bu, İranın bir ildən artıq vaxt ərzində ilk dəfə olaraq nüvə proqramını müzakirə edəcəyi demək olacaq.

XS
SM
MD
LG