Accessibility links

İran nüvə danışıqlarının yeni raundunun keçirilməsini təklif edir

  • Amerikanın səsi

İran nüvə danışıqlarının yeni raundunun keçirilməsini təklif edir

İran nüvə danışıqlarının yeni raundunun keçirilməsini təklif edir

İran şənbə günü keçirilməsi nəzərdə tutulan uzun mənzilli raket sınağını təxirə salaraq, mübahisəli nüvə proqramı ətrafında danışıqların yeni raundunun keçirilməsini təklif edib. Dövlətə məxsusu İRNA xəbər agentliyinin verdiyi məlumata görə, nüvə danışıqlarında İranın vasitəçisi Səid Cəlili BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanı danışıqlara qayıtmağa təklif edib. Təhlükəsizlik Şurasının beş daimi üzvü üstəgəl Almaniya formatında son dəfə danışıqlar bu il yanvar ayında keçirilmişdi. Müzakirələr nəticə əldə edilmədən başa çatmışdı. Lakin Səid Cəlili eyni zamanda Tehranın uran zənginləşdirilməsi də daxil olmaqla, nüvə texnologiyaları inkişaf etdirmək hüququna malik olduğunu bildirib. Qərb ölkələri İranı atom silahları istehsal etmək məqsədilə nüvə texnologiyalarını inkişaf etdirməkdə günahlandırır. İran nüvə ambisiyalarının dinc məqsədlərə xidmət etdiyini bəyan edir.

XS
SM
MD
LG