Accessibility links

Rusiya İrana silah satışını gerçəkləşdirəcək


Rusiya Xarici İşlər nazirliyinin sözçüsü Andrey Nesterenko deyib ki, BMT-nin qətnaməsi raket əleyhinə sistemlərə şamil olmur

Rusiyanın Xarici İşlər nazirliyi bildirib ki, BMT-nin Tehrana qarşı yeni sanksiyaları İrana S-300 yer-hava tipli raketlərin satışına dair müqaviləyə təsir göstərmir.

Xarici İşlər nazirliyinin sözçüsü Andrey Nesterenko deyib ki, BMT-nin qətnaməsi raket əleyhinə sistemlərə şamil olmur. O bunları İnterfaks agentliyinin Hərbi Texniki Əməkdaşlığa dair Federal Xidmətin adının açıqlanmadığı bir rəsmiyə istinadən Rusiyanın yeni sanksiyalara görə İrana raket sistemlərinin satışı haqda müqaviləni dondurduğu ilə bağlı xəbər verdikdən sonra deyib.

Bununla belə, Rusiyanın xəbər agentlikləri qurumun rəsmisi Mixail Dmitriyevə istinadən BMT sanksiyasının müqaviləyə təsir göstərmədiyi haqda məlumat verib.

Rusiya 2007-ci ildə İranla Tehranın müdafiə qabiliyyətini ciddi şəkildə artıra biləcək raketlərin satışına dair müqavilə imzalayıb.

XS
SM
MD
LG