Accessibility links

Rəsmi Tehran nüvə proqramının qarşısının alınması məqsədi ilə İslam Respublikasına təsir etmək üçün tətbiq edilən yeni sanksiyaları tənqid edib. İranın Xarici İşlər Nazirliyinin sözcüsü Ramin Mehmanparast bu gün Avropa İttifaqı tərəfindən tətbiq edilən yeni sanksiyaları "qeyri-insani" adlandırıb və bunun İranın nüvə proqramına təsir göstərməyəcəyini deyib.

Avropa İttifaqının dünən elan etdiyi yeni ölçülər İran bankları ilə maliyə əməliyyatlarına qadağa qoyur. İranla bank əməliyyatları yalnız humanitar yardım məqsədi ilə edildiyi və yalnız əvvəlcədən təsdiq edildiyi təqdirdə keçiriləcək.

Sanksiyalara İranın mərkəzi bankı ilə biznes sahəsində məhdudiyyətlər, İranın təbii qazının idxalı və nüvə istehsalı üçün istifadə oluna biləcək qrafit və metalın gətirilməsi də daxildir.

Avropa İttifaqının bloka üzv 27 ölkəsi tərəfindən verilən bəyanatda sanksiyaların İranın beynəlxalq öhdəlikləri kobudcasına pozması və BMT-nin nüvə agentliyi ilə əməkdaşlıqdan boyun qaçırmasına cavab xarakteri daşıdığı deyilir.
XS
SM
MD
LG