Accessibility links

İran uran emalını sürətləndirmək üçün yeni qurğunu əsas nüvə saflaşdırma obyektində yerləşdirməyi planlaşdırır. Adlarının açıqlanmaması şərti ilə Qərb mətbuatına açıqlama verən diplomatlar bu gün deyiblər ki, İran Beynəlxalq Atom Enerji Assosiyasiyasına Natanz obyektində müasir sentrifuqlar yerləşdirmək istədiyi barədə məlumat verib.

Natanz obyektində yerin altında inşa edilmiş zavodda nüvə yanacağı əldə etmək üçün minlərlə uran saflaşdırma sentrifuqları var. Aşağı səviyyədə saflaşdırılmış uran nüvə enerji zavodlarını enerji ilə təmin etmək üçün lazımdır. Yüksək səviyyədə uran saflaşdırma isə nüvə silahları hazırlamaq üçün istifadə edilə bilər.

İran nüvə proqramının sırf sülh məramlı məqsədlərə qulluq etdiyini iddia edir.

İran və P5+1 adlandırılan ABŞ, Fransa, Rusiya, Çin, Britaniya və Almaniya rəsmiləri son dəfə iyun ayında danışıqlar aparıblar. Lakin danışıqlar hər iki tərəf öz tələblərindın geri çəkilmədikdən sonra iflasa uğrayıb.
XS
SM
MD
LG