Accessibility links

Avropa İttifaqının xarici siyasət şöbəsinin başçısı Katrin Eşton İranın mübahisəli nüvə programı ilə bağlı danısıqların yeni mərhələsində konkret iləriləyişin olacağına ümid etdiyini bildirib.

İran və Avropa İttifaqı rəsmiləri fevralın 26-sında Qazaxıstanda görüşməyə razılaşdıqlarını bildiriblər.

İran və Birləşmiş Ştatlar, Fransa, Rusya, Çin, Britanya və Almanyanın daxil olduğu 5+1 əlaqə qrupu sonuncu dəfə iyunda müzakirələr keçirib, ancaq danışıqlar heç bir tərəf öz tələblərində güzəştə getmədiyi üçün dayandırılmışdı.

ABŞ daxil olmaqla bəzi Qərb ölkələri İranın gizli nüvə silahları inkişaf etdirdiyinə inanır. İran isə nüvə proqramınin sülh məramlı olduğunu bildirir.

BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrdə İranın uran zənginləşdirilməsi ilə bağlı fəaliyətlərini dayandırması və BMT müfəttişlərinin nüvə obyektlərinəin təftişinə imkan verməsini tələb edib.
XS
SM
MD
LG