Accessibility links

ABŞ rəsmisi İranı beynəlxalq öhdəliklərə əməl etməməkdə günahlandırır


Birləşmiş Ştatlar İranın nüvə proqramına dair beynəlxalq sualları cavablandırmamasından narahatlığını bildirib. ABŞ rəsmiləri Tehranı nüvə proqramına dair müzakirələrdə aldatma, itaətsizlik və yubandılma kimi fəndlərdən istifadə etməkdə təqsirləndirir.

ABŞ-ın Beynəlxalq Atom Enerji Agentliyindəki elçisi Cozef Makmanus bu gün Vyanada keçirilən görüşdə deyib ki, İran üzərinə düşən öhdəliyi yerinə yetirmək əvəzinə provokativ əməllərini davam etdirir.

O deyib ki, İranın nüvə silahlarının istehsalını davam etdirməsi normal qəbul oluna bilməz və İranın tutduğu mövqe onu beynəlxalq ictimayyətdən daha da təcrid etməklə yanaşı, təyziqilərə məruz qoyacaq.

Nüvə silahları istehsal etmək planını inkar edən İran proqramının dinc mahiyyət daşıdığını bildirir.
XS
SM
MD
LG