Accessibility links

İranın nüvə proqramı ilə bağlı müzakirələr davam edir


Bu gün İranın nüvə proqramı ilə bağlı ayrı-ayrılıqda iki yığıncaq keçirilir. Lakin ölkədə iyun ayında keçiriləcək prezident seçkiləri ərəfəsində danışıqlarda böyük inkişafın əldə ediləcəyi gözlənilmir.

Bu, Beynəlxalq Atom Enerjisi Agentliyinin İran rəsmiləri ilə nüvə obyektləri və sənədlərin təftişi ilə bağlı Vyanada keçirdiyi 10-cu danışıqlardır.

Bu arada, İranın nüvə proqramı ilə bağlı baş müzakirəçisi Səid Cəlili ilə Avropa İttifaqının xarici siyasət məsələləri üzrə başçısı Ketrin Əşton arasında İstanbulda danışıqlar planlaşdırılır.

Görüş BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanın İranla aprel ayında apardığı uğursuz danışıqlardan sonra keçirilir.
XS
SM
MD
LG