Accessibility links

Dünya qüdrətlərinin İranla danışıqları başlayıb


Dünya qüdrətləri İranla Tehranın nüvə proqramı ətrafında on illərdir davam edən böhranın diplomatik yolla həllinə gətirib çıxara biləcək danışıqlara başlayıb. Müzakirələr

ABŞ, Rusiya, Çin, Fransa, Britaniya və Almaniyanın nümayəndələri iki gün davam edəcək müzakirələri BMT-nin Cenevrədəki ofisində keçirir.

Bu, İran prezidenti Həsən Ruhaninin avqust ayında hakimiyyətə gəlməsindən bəri nüvə proqramı ətrafında ilk danışıqlardır. Həsən Ruhanı Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyaları yüngünlləşdirmək üçün diplomatik səylər göstərəcəyinə söz verib.

Avropa İttifaqının xarici siyasət şöbəsinin müdiri Ketrin Eştonun sözçüsü deyib ki, İran nüvə proqramının dayandırılması istiqamətində ciddi addımlar atmalıdır.

Adının açıqlanmadığı yüksək səviyyəli ABŞ rəsmisi müxbirlərə heç kimin" bir gecədə ciddi dəyişiklik" gözləməməli olduğunu qeyd edərək, danışıqların "olduqca çətin" keçəcəyini deyib.
XS
SM
MD
LG