Accessibility links

Avropa İttifaqının xarci siyasət şəbəsinin rəhbəri Ketrin Eştonun sözçüsü müzakirələrin birinci raundunu olduqca əhəmiyyətli adlandırıb. Maykl Mann deyib ki, İran və dünya qüdrətləri daha təfərrüatlı müzakirələr keçirir.

İran və beynəlxalq vasitəçilər danışıqların ikinci gününün keçirir. Müzakirələrin İranın beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə fəaliyyətlərini məhdudlaşdırıcağı ilə nəticələnə biləcəyi ilə bağlı gözləntilər mövcuddur.

Görüçdən əvvəl İranın xarici işlər nazirinin müavini İran və beynəlxalq müzakirəçilər arasında etibar bərqərar olmayanadək, ölkənin nüvə proqramına dair ciddi danışıqların baş tuta bilməyəcəyini deyib.

Fasilə zamanı müxbirlərin suallarını cavablandıran Abbas Araqçi müzakirəçilər aralarında yeni münasibətlərin yaradılmasına çalışdıqlarını deyib.

Abbas Araqçı eyni zamanda İranın uran zənginləşdirilməsini dayandırmayacağını deyib.

BMT-nin Təhülkəsizlik Şurasının beş daimi üzvü və Almaniya müvəqqəti olaraq sanksiyaların dayandırılması qarşılığında İranı uran zənginləşdirmə fəaliyyətinin müəyyən hissəsini dayandırmağa və ölkəsində daha artıq təftiş aparılmasına icazə verməsini istəyib.
XS
SM
MD
LG