Accessibility links

İranla nüvə danışıqları davam etdirilir


İran və dünyanın qüdrətli dövlətləri ikinci dəfə uzadılan danışıqları başa çatdırmadıqdan sonra Vyanada nüvə danışıqları yenidən davam etdirilir.

Tərəflər əhatəli razılıq əldə etmək üçün cümə gününədək özlərinə vaxt verib.

İranın yüksək rütbəli rəsmisi Abbas Araqçı deyib ki, son möhlət qanun deyil və Tehran nə qədər lazımdırsa o qədər danışıqları davam etdirəcək.

ABŞ nümayəndə heyətinin sözçüsü Meri Harfın bildirdiyinə görə, ABŞ vaxtdan çox razılığın keyfiyyətindən narahatdır.

İran və altı dünya qüdrəti arasında razılıq İranın uran zənginləşdirməsi proqramını dayandırmaqla İranın nüvə silahı istehsal etməsinin qarşısını almaq məqsədi daşıyır.

Bunun qarşılığında İranın iqtisadiyyatını zəiflədən sanksiyalar yüngülləşdiriləcək və tədricən tamamilə aradan qaldırılacaq.

XS
SM
MD
LG