Accessibility links

ABŞ: Opponentlərin səylərinə baxmayaraq İranla nüvə razılığının təsdiqi istiqamətində iş davam etdiriləcək


ABŞ-ın Vitse prezidenti Coe Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşavir bildirib ki, opponentlərin İranla nüvə razılığını ləkələmək cəhdlərinə baxmayaraq, ABŞ razılıqla bağlı işi davam etdirəcək.

Konqresdə respublikaçılar İranla ABŞ, Çin, Fransa, Russiya və Almaniya arasında iyul ayında əldə edilmiş razılığa ciddi müqavimət göstərir.

Lakin hələlik razılığın rədd edilməsi üçün qanun layihəsi hazırlaya bilməyiblər.

Gələn il keçiriləcək prezident seçkilərində bir neçə respublikaçı da razılığı ya dəyişdiricək, ya da ləğv edəcəyini bildirib.

Lakin milli təhlükəsizlik məsələləri üzrə müşavir Kolin Kahl deyib ki, administrasiya zaman keçdikcə razılığa qarşı mövqelərin yumşalacağına inanır.

İrana qarşı sanksiyaların nüvə proqramının məhdudlaşdırılması qarşılığında aradan qaldırılacağı gözlənilir. Kolin Kahl İranın nüvə fəaliyyətləri ilə əlaqədar tətbiq edilən sanksiyaların aradan qaldırılacağını vurğulayıb.

XS
SM
MD
LG