Accessibility links

BMT İranın nüvə fəaliyyətini yoxlamağa hazır olduğunu deyir


BMT-nin nüvə proqramına nəzarət departamentinin rəhbəri bildirib ki, o, mənsub olduğu təşkilatın İranın 10 il əvvəl nüvə silahı inkişaf etdirib-etdirmədiyini yoxlamaq qabiliyyətinə malik olduğuna əmindir.

Beynəlxalq Atom Enerji Agentliyinin rəhbəri Yukiya Amano bildirib ki, Vyanada keçirilən görüş zamanı İranın nüvə proqramı ilə bağlı problemi həll etmək üçün böyük fürsət yaranıb.

Biz avqustun 15-dək izahat və əlaqədar sənəd təqdim etməyə razılıq verdik və bunu etdik. Odur ki, biz öhdəlimyizi yerinə yetirmişik.

Amano deyib ki, BMT-nin nüvə proqramına nəzarət departamenti İranın hərbi kompleksi Parçini yoxlamaq haqda razılıq əldə ediblər.

İranın BMT-dəki səfiri Rza Nəcəfi bildirib ki, Tehran nəzarət qrupu ilə əməkdaşlıq etməyə hazırdır.

İyun ayının 14-ü Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və Birləşmiş Ştatlarla əldə olunun nüvə razılaşmasına əsasən İran nüvə proqramının şəffaflaşdırılması və keçmiş nüvə fəaliyyətləri ilə bağlı şüphələri yox etməsi qarşılığında iqtisadi sanksiyalardan azad olacaq.

XS
SM
MD
LG