Accessibility links

İranın nüvə proqramı ilə bağlı danışıqlar BMT Baş Assambleyasının sessiyası çərçivəsində davam etdiriləcək


Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eşton dünyanın altı qüdrətli dövlətinin İranla əhatəli nüvə razılığının əldə edilməsi yollarını BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində müzakirə edəcəyini bildirib.

Ketrin Eşton müxbirlərə Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və Birləşmiş Ştatların İranın nüvə proqramı ilə bağlı danışıqları davam etdirəcəyini deyib.

İran və dünyanın altı qüdrətli dövləti özlərinin müəyyən etdiy kimi iyulun 20-də razılıq əldə edə bilməyəndən sonra danışıqların noyabr ayına qədər davam etdirilməsi haqda qərar verib.

Ketrin Eştonun oktyabr ayında Avropa İttifaqında tutduğu vəzifəsindən getməli olmasına baxmayaraq, onun İranla nüvə proqramı ətrafında danışıqlara başçılıq edəcəyi gözlənilir.

Bazar ertəsi Brüsseldə Ketrin Eşton və İranın Xarici İşlər naziri Məhəmməd Zərif arasında görüş keçirilməlidir.

İran prezidenti Həsən Ruhani Tehranda müxbirlərə deyib ki, ABŞ-ın İranda ayrı-ayrı şəxslər və qurumlarla bağlı yeni sanksiyalar tətbiq etməsi İran və dünya qüdrətləri arasında danışıqların atmosferi ilə bir araya sığmır. ABŞ-ın Maliyyə nazirliyi yeni sanksiyaların tətbiq edilməsini cümə günü elan edib.

XS
SM
MD
LG