Accessibility links

İran və dünyanın altı qüdrətli dövlətinin nümayəndələri İranın nüvə proqramına dair ikitərəfli razılıq əldə etmək məqsədi ilə 18 ay davam edən danışıqları başa çatdırmaq üçün birgə işi davam etdirir.

Son bir neçə gündə yüksək səviyyəli diplomatların Koburq sarayına (Palais Coburg) gəliş-gedişi yekun razılığın əldə edilə biləcəyinin göstəricisi kimi dəyərləndirilir.

Danışıqlarla bağlı heç bir elan etmədən ABŞ və Avropa diplomatları bazar günü axşam Dövlət Departamentinin rəsmisinin mühüm adlandırdığı məsələlərin həlli istiqamətində səyləri davam etdirib.

Associated Press agentliyi razılıqla bağlı elanın bazar ertəsi ediləcəyi haqda məlumat vermişdi.

Verilən məlumatlara əsasən, mövcud fikir ayrılıqları arasında BMT-nin İrana silah embarqosu ilə bağlı məsələ də var. Qərb İrana silah embarqosunu qüvvədə saxlamaq istəyir.

İranın ali ruhani rəhbəri şənbə günü ABŞ-ı "təkəbbür nümunəsi" adlandırıb. O, Tehranda universitet tələbələri qarşısında çıxışında onları "təkəbbürlü qüdrətlərə qarşı mübarizənin davam edəcəyinə hazır olmağa" çağırıb.

XS
SM
MD
LG