Accessibility links

Obama İranla razılaşmaya Konqresdə və müttəfiqləri arasında dəstək qazanmağa çalışır


Obama administrasiyası İranın nüvə proqramı ilə bağlı əldə olunan razılaşmaya ABŞ qanunvericilərinin dəstəyini qazanmaq səylərini davam etdirir. Prezident Barak Obama bu razılaşmanın İranın nüvə silahı əldə etməsinin qarşısını almağın ən uğurlu yolu olduğunu bildirib.

ABŞ-ın vitse-prezidenti Co Bayden razılaşmayla bağlı Konqresdəki demokratların dəstəyini qazanmağa çalışsa da, respublikaçı qanunvericilər əldə olunan razılığa qarşı çıxır.

Rəsmi razılaşma Konqresə təqdim olunduqdan sonra qanunvericilə 60 gün ərzində onun təsdiq edilib-edilməcəyi haqda qərar qəbul etməlidir. Cənab Obama razılaşma rədd edilsə, veto haqqından istifadə edəcəyinə söz verib.

İsrailin Baş naziri Benjamin Netanyahu İranla razılığı tənqid edərək ölkəsinin buna qarşı çıxmağa davam edəcəyini deyib.

Bu arada, ABŞ Dövlət katibi Con Kerrinin Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə Vaşinqtonda görüşü gözlənir.

Prezident Obamanın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri bildirib ki, o əldə olunan razılaşmanı və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün müdafiə naziri Eşton Karteri bu həftə sonu İsrail və Səudiyyə Ərəbistanına göndərəcək.

XS
SM
MD
LG