Accessibility links

İranın nüvə obyektlərinə hücum-ən arzuolunmaz siyasi variant (Təhlil)


Iran nuclear sites map

Iran nuclear sites map

Ekspertlər İranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün mümkün variantları şərh edir

Birləşmiş Ştatlar və Avropa İttifaqı İranın nüvə silahı istehsalına çalışdığını bildirir, lakin Tehran proqramın dinc xarakter daşıdığını bəyan edir. Beynəlxalq ictimaiyyət illərdir İranı uran zənginləşdirilməsi proqramını dayandırmağa çağırır. Aşağı səviyyədə zənginləşdirilmiş urandan nüvə elektrik stansiyalarında istifadə edilir, lakin yüksək səviyyədə zənginləşdirilmiş uran nüvə bombasının hazırlanması prosesinin ayrılmaz tərkib hissəsidir.

Uran zəngiləşdirilməsi proqramını dayandırması məqsədilə Tehrana təzyiq göstərmək üçün BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı sanksiyalar tətbiq edib. Birləşmiş Ştatlar kimi ayrı-ayrı ölkələr də öz tərəfindən İranın neft və maliyyə sektorlarının hədəf alındığı ölçülər götürüb.

Bundan əlavə, bu il beynəlxalq ictimaiyyətlə iki raundda keçirilən danışıqlar da nəticə verməyib. Lakin bəzi təhlilçilər mötədil din xadimi Həsən Ruhaninin prezident seçilməsi ilə inkişaf əldə ediləcəyinə ümid bəsləyir.

İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, beynəlxalq ictimaiyyət, onun ifadəsilə, düşündüyü kimi görmək istədiyi İran rəhbərliyi ilə danışıqlar aparmamalıdır.
İsrail nüvə silahına malik İranı öz mövcudluğuna təhlükə hesab edir. İsrail hökuməti İranın nüvə bombası hazırlamadığına əmin olmaq üçün İranın nüvə obyektlərinə qarşı hərbi hücumlar keçirə biləcəyinə işarə edib.

Britaniyanın Bredford universitetində hərbi məsələlər üzrə təhlilçi Pol Rocers israillilərin mürəkkəb bir məsələ ilə qarşılaşdığını deyir. “İranlılar son illər nüvə obyektlərinin yerin altında, İsrailin hücum edə bilməyəcəyi dərinlikdə yerləşdirilməsi məsələsinə xüsusi diqqət veriblər. ABŞ Hərbi Hava Qüvvələrinin dərin bunkerləri dağıda biləcək sistemi var, amma bunu İsrailə germək istədiyinə heç bir işarə yoxdur. İsrailə orta dərinlikdə bunkerləri dağıda bilən sistem verilib, lakin bunun güclü o qədər də böyük deyil.”

ABŞ-ın Milli Müdafiə universitetində hərbi ekspertTomas Hammes deyir ki, İranın hədəfləri tamamilə aydın müəyyən olmalıdır. “Bu, bizim bu obyektlərin harada olduğunu bildiyimizi deməyə əsas verir. Unutmayın, biz İraqa orada kütləvi qırğın silahlarının olduğuna əmin olaraq və onların harada saxlandığını bildiyimizə görə müdaxilə etmidşik. Biz sıfır faiz haqlı idik.”

Hammes ABŞ kəşfiyyatının qabliyyətinin 10 il ərzində yaxşılaşdığı ilə bağlı sual verir.
İraq, Əfqanıstan, Pakistan və Suriyada xidmət etmiş ABŞ-ın keçmiş səfiri Rayan Kroker deyir ki, hər hansı bir hərbi əməliyyat mütləq uğurlu olmalıdır. Rayan Kroker:“Nüvə silahına malik İrandan daha pis vəziyyət o zaman ola bilər ki, bir, ya da bir neçə ölkə İranın nüvə silahına istehsalının qarşısını almaq üçün hərbi hücum keçib müvəffəqiyyətsizliyə uğraya.”

Massaçusets Texnologiya institutunda İranın nüvə proqramı üzrə ekspert Cim Valş İran əleyhinə hərbi əməliyyatın əks-təsiri ola bildiyini bildirir. Cim Valş: “Hərbi hücumun arzuolunmaz bir nəticə verə biləcəyi ilə bağlı qorxu ondan ibarətdir ki, iranlılar hücumdan sonra “biz nüvə silahı istehsal edəyəcəyik” deyə bilərlər. Mənim fikrimcə, hücumdan sonra silah istehsal etmək qərarı veriləcək və bizim də indi ən çox istəmədiyimiz şey budur.”

Bir sıra ölkələrin hökumətləri, eləcə də təhlilçilər İranın nüvə silahı istehsalının qaçılmaz olduğunu fikirləşir.

Lakin Milli Müdafiə universitetinin professoru Tomas Hammes fərli baxışa malikdir. Tomas Hammes: “Biz uzun müddət nüvə silahına malik Sovet İttifaqı ilə yaşayırdıq. İndi də, çox güman silahına malik Şimali Koreya və Çinlə bir yaşayırıq. Ona görə də nüvə silahlarının mövcudluğu hələ hansısa bir ölkə ilə əlaqə yarada bilməmək demək deyil. Mən başa düşə bilmirəm ki, nəyə görə nüvə silahına malik İran bu qədər təhlükəlidir.”

Hammes deyir ki, əgər İran nüvə silahları istehsal etməyə başlasa və onlardan istifadə etmək qərarında gəlsə, İsrail yəqin ki ölkəni məhv edəcək. Təhlilçinin fikrincə, İsrail olmasa, bunu çox güman Birləşmiş Ştatlar edəcək.
XS
SM
MD
LG