Accessibility links

Ayatullah Xameneyi beynəlxalq müşahidəçilərin İran alimləri ilə əlaqə yaratmasını qəbul etmir


O, İranın "hədsiz tələbləri" qəbul etməyəcəyini deyib

Iranın Ali dini rəhbəri Ayatullah Əli Xameneyi çərşənbə günü bildirib ki,dünya qüdrətləri ilə hər hansı bir razılıq çərçivəsində beynəlxalq müşahidəçilərə ölkənin alimləri ilə əlaqə yaratmaq və ya hərbi bazalarına getmək imkanı verilməyəcək.

O həmçinin bildirib ki, İran “hədsiz təlblər”ə tabe olmayacaq.

Britaniya, Çin, Fransa, Rusiya, Birləşmiş Ştatlar və Almaniyadan ibarət qrup və İranın nümayəndələri Tehrana qarşı sanskiyaların aradan qaldırılması müqabilində ölkənin nüvə proqramını məhdudlaşdırmaq üçün yekun razılığın detalları üzərində işləyir.

Onlar ötən ay çərçivə razılığı əldə ediblər və yekun razılığın əldə edilməsi üçün özlərinə iyunun 30-dək son möhlət qoyublar.

Hər iki tərəfin ekspertləri çərşənbə günü Vyanada danışıqlarıdavam etdirir.

İran nüvə proqramının sülh xarakteri daşıdığına və nüvə silahları istehsalı deyil, tibbi araşdırmalar və enerji hasilatında tətbiq olunacağına təkid edir.

XS
SM
MD
LG