Accessibility links

İranın xarici işlər naziri deyir ki, o, İran və dünya qüvvələrinin Tehranın nüvə proqramı ilə bağlı yekun razılıq əldə edəcəklərinə ümid edir.

Lakin Yunanıstana səfəri zamanı Məhəmməd Cavad Zərif bildirib ki, danışıqlarda iştirak edən digər ölkələrin “hədsiz tələbləri” olsa, heç bir razılıq əldə olunmayacaq.

İran və Britaniya, Çin, Fransa, Rusiya, ABŞ, Almaniyadan ibarət qrup sanskiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə proqramının azaldılması ilə bağlı yekun razılığın əldə olunması üçün iyunun 30-dək möhlət verilib. Hər iki tərəf aprel ayında çərçivə razılığı əldə edib, ancaq hələ də sanksiyaların aradan qaldırılması üçün bəzi detallar üzərində işləməlidirlər.

ABŞ Dövlət Departamentinin sözçüsü Cef Ratke bildirib ki, ABŞ və tərəfdaşları danışıqların iyunun 30-da yekunlaşacağına ümid edir və möhləti uzatmaq fikrində deyillər.

Zərif və Kerri yüksək səviyyəli danışıqları davam etdirmək üçün şənbə günü Cenevrədə görüşəcəklər.

Hərtərəfli saziş Iranın nüvə silahı istehsalı ilə bağlı narahatlıqları aradan qaldıracaq. İran uzun zamandır bu ittihamları rədd edərək nüvə proqramının dinc mahiyyət daşıdığını deyir.

XS
SM
MD
LG