Accessibility links

Kerri və Zərif İsveçrədə danışıqları başa vurub


ABŞ və İran xarici işlər nazirlərinin görüşündə müəyyən inkişaf əldə edildiyini bildirilir

ABŞ Dövlət katibi Con Kerri və İranın Xarici İşlər naziri Məhəmmməd Cavad Zərif Tehranın nüvə proqramının müzakirəsi ilə bağlı İsveçrədə apardıqları danışıqarı başa vurub. Hər iki tərəfdən rəsmilər müəyyən inkişafın əldə edildiyini bildirib.

ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi instensiv danışıqların müəyyən inkişafa yol açdığını, lakin bu ayın sonu üçün qoyulmuş möhlətə qədər çərçivə razılığının əldə edilməsi qarşısında çətinliklərin hələ də qaldığını bildrib.

Dünya qüdrətləri İranın uran zənginləşdirilməsi proqramının məhdudlaşdırılması və Tehranın nüvə silahı istehsal edə bilməsinin qarşısının alınması ilə bağlı razlılğın əldə edilməsinə çalışır.

İranın dövlətə məxsus mediasının verdiyi məlumata əsasən, prezident Həsən Ruhani deyib ki, Tehran daha çox şəffaflığa razı olsa da, nüvə proqramının dayandırılmasını qəbul etməyəcək.

Dövlət mətbuatının verdiyi məlumata görə, cənab Ruhani çoxtərəfli danışıqların verə biləcəyi iki nəticəni qeyd edib: razılığın əldə edilməsi, ya da İranın dinc xarakter daşıyan nüvə proqramının daha da sürətləndirilməsi.

İran razılığın əldə olunması müqabilində beynəlxalq sanksiyaların yüngülləşdirilməsini istəyir.

XS
SM
MD
LG