Accessibility links

Ağ Ev: "Son on ildə ilk dəfədir ki, İranın ciddi addımlar atdığı müşahidə edilir" [Yenilənib]


Birləşmiş Ştatlar və dünyanın digər qüdrətli dövlətləri İrana qarşı iqtisadi sanksiyaları yüngülləşdirməyə başlayıb. Bu, bugün beynəlxalq müfəttişlər Tehranın həssas nüvə zənginləşdirmə fəaliyyətini dayandırmağa başladığını təsdiq edəndən sonra baş verib.

Ağ Ev bildirib ki, son on ildə ilk dəfədir ki, Tehranın nüvə fəaliyyətini azaltmasına dair ciddi addımlar atdığı müşahidə edilib. Ağ Ev İranın bu hərəkətlərini "irəliyə doğru mühüm addım" adlandırıb.
-------------------------------------------------------------------------------------------------------
İran noyabr ayında beynəlxalq qüdrətli dövlətlərlə əldə etdiyi razılığın bu gün qüvvəyə minməsi ilə ən həssas nüvə zənginləşdirmə fəaliyyətini dayandırmağa başlayıb.

Birləşmiş Ştatlar nüvə agentliyi bəyanatında bildirib ki, İran uranı 20 faiz zənginləşdirdiyi Natanz və Fordo nüvə obyektlərində sentrifuqaların fəaliyyətini dayandırıb.

BMT Təhlükəsizlik Şurasının beş üzvü və Almaniya ilə razılıq İranın uranı zənginləşdirməsini 5 faizədək məhdudlaşdırır və hökumətdən hazırki yüksək zənginləşdirilmiş uranın həcmini azaltmağı tələb edir.

Bunun qarşılığında ABŞ və Avropa Birliyi İran iqtisadiyyatı ciddi şəkildə zəiflədən sanksiyaları yüngülləşdirəcək.
XS
SM
MD
LG